Çərşənbə , 5 Mart 2025

Milli Məclis

Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir. …

Read More »

Azərbaycan Milli Məclisinin sədri Latviyaya səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər bu ilin fevral ayında baş tutacaq. Səfər zamanı Milli Məclis sədri Latviya Seyminin üzvləri və ölkə rəhbərıiyi ilə görüşləri nəzərdə tutulur.

Read More »

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir. Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər. Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş …

Read More »

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.

Read More »

Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin yaz sessiyasının komitə iclaslarının keçiriləcəyi vaxt açıqlanıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 17-dən etibarən qanunverici orqanın komitə iclasları başlayır. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Read More »

İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər məlum olub

Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər məlum olub. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: 1. insan həyatının müdafiəsi üçün; 2. ağır və xüsusilə ağır cinayətlərin …

Read More »

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxuyub. “Xalqımız 30 il ərzində Qarabağın işğaldan azad ediləcəyinin həsrəti ilə yaşayıb. Artıq Qarabağ düşməndən azad edilib. Xalqımızın arzusu gerçəkləşib. Bu zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər, Azərbaycan Ordusu və dünya azərbaycanlıları birləşərək əldə …

Read More »

Milli Məclis jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazlarını təsdiqləyib

Azərbaycanda jurnalist vəsiqəsi veriləcək şəxslərin imtiyazları müəyyənləşir. Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb. Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var: 1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq; 2. …

Read More »

Deputatlar tətilə çıxıb

Milli Məclisin deputatları tətilə çıxıb. Boyukmillet.com-un xəbərinə görə, qanunverici orqanın üzvləri yanvarın 15-dək tətildə olacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın …

Read More »

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir – SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq. Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər: Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər: 1. Zeynalov Vüqar Eldar oğlu 2. Abdullayeva İlhamə Xanlar …

Read More »