Şənbə , 27 Aprel 2024

Qarabağ

Dövlət Komissiyası: Ermənilər 1992-93-cü illərdə 872 nəfəri əsir və girov götürüb

“Bizdə olan məlumata görə, ermənilər tərəfindən 1992-93-cü illərdə 872 nəfər əsir və girov götürülüb”. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. “Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyatı qurumlarına müraciət edilib. Ancaq onlar bunu təsdiq etməyiblər”, – o bildirib.

Read More »

Erməni təcavüzündən ziyan çəkən şəxslərə maddi yardım göstərilməsinə başlanılıb

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub. Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, …

Read More »

Qarabağdakı silahlı ermənilərin əsas hədəfi budur – Borisov

Qarabağda qalan qanunsuz erməni silahlı qrupların fəaliyyətində ən çox ehtimal olunan ssenarilərindən biri enerji və nəqliyyat şəbəkələrinə qarşı təxribatlar törətmək ola bilər. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə rusiyalı təhlilçi Mixail Borisov “Vestnik Kavkaza”dakı məqaləsində yazıb. Onun sözlərinə görə, uzun müddətdən bəri gözlənilən Dağlıq Qarabağın işğaldan azad edilməsinə əlavə olaraq bölgəyə yeni infrastruktur layihələri üçün imkanlar açılıb. “Bakı Naxçıvana …

Read More »

Qanunsuz şəkildə erməni kəndinə birləşdirilmiş ərazi Azərbaycana təhvil verildi

Bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnuxu kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Gorusun icma başçısının müavini Menua Ovsepyan bildirib. Onun sözlərinə görə, ermənilər heç bir təhlükə hiss etmirlər. O həmçinin Azərbaycan tərəfinin artıq kənddə nəzarət postu qurduğunu açıqlayıb. Qeyd edək ki, 1990-cı …

Read More »

Sabahdan Ağdamda minaların təmizlənməsi əməliyyatlarına başlanılacaq

Sabahdan etibarən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar. Boyukmillet.com-un Qərb Mərkəzinin məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Rusiya tərəfi xüsusi avadanlıqları özləri ilə Azərbaycana gətiriblər: “Həmin …

Read More »

Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar. Boyukmillet.com Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir. Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var. Humanitar missiya çərçivəsində pirotexniklər …

Read More »

Rusiya MN Qarabağla bağlı məlumat yaydı

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan …

Read More »

İtkin düşən hərbçimizin nəşi tapıldı

Azərbaycan Ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb. Boyukmillet.com-un məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır. Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının …

Read More »