Cümə , 22 Noyabr 2024

Siyasət

Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib. K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib. Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar …

Read More »

Samir Adıgözəlli: “Azad media ölkə maraqlarını xarici qüvvələrə təslim etmək yox, müdafiə etməkdən keçir”

Ölkəmizdə müstəqil medianın dövlət tərəfindən maliyyələşdirilməsi istiqamətində yeni dövrə qədəm qoyuldu. 2009-cu ildən çap mediası ilə başlanan maliyyələşmə prosesinə onlayn media da qoşulmuş oldu. Media İnkişaf Agentliyi yarandığı müddətdən saytların dövlət tərəfindən maliyyləşməsi ilə bağlı müzakirələr də artmağa başladı. Agentlik tərəfindən onlayn medianın maliyyələşməsi  ilə bağlı müsabiqənin aparılması üçün şəffaf mexanizm hazırlandı və həyata keçirilməyə başlandı. Təbii ki, bir neçə gün əvvəl açıqlanan …

Read More »

Gənclər Təşkilatları üçün qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciətlərini 24 iyul 2021-ci il saat 18:00-dək təqdim etməyə dəvət edir. Boyukmillet.com xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və …

Read More »

Gənclər Təşkilatları Milli Şurası beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ölkə ərazisindən keçən transsərhəd çaylardan biri olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə qeyd edilir ki, Azərbaycan gəncləri və gənclər təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini transsərhəd çayı olan Oxçuçayın Ermənistan tərəfindən daim çirklənməyə məruz qalmasına və onun çirklənməsinin əhalimizin istifadə etdiyi su ehtiyatlarının keyfiyyətinə birbaşa təhlükə törətməsinə …

Read More »

“Ermənistan Qarabağda dağıtdığı Azərbaycan irsi ilə bağlı cavabdehlik daşıdığının məsuliyyətini, günahını öz üzərindən atmaq üçün…”

Ermənistan müharibədə ağır məğlubiyyətə düçar olmasına baxmayaraq, hələ də öz məğlubiyyəti ilə barışmaq istəmir, revanşist, saxtakarlıq əməllərini davam etdirməyə meyl göstərir. Müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də əllərinə keçən fürsətdən istifadə edərək Azərbaycana qarşı qaralama kampaniyası aparırlar. Əsl həqiqəti gizlətmək cəhdlərinə xidmət edən bu addımları Ermənistan Azərbaycana qarşı bütün beynəlxalq təşkilatlar qarşısında atır. Qarabağ münaqişəsi başa çatıb, amma Ermənistan və …

Read More »

Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür. Boyukmillet.com xəbər verir ki, “Mediasiya haqqında” Qanuna uyğun olaraq Mediasiya Şurası yaradılıb, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində mediasiya prosesinin tətbiqinə dair …

Read More »

Sahibə Qafarova Macarıstan Diplomatik Akademiyasında çıxış edib

Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub. Sonra Milli Məclisin Sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. …

Read More »

“ERMƏNILƏR LƏYAQƏTI TAPDALANMIŞ XALQ OLARAQ TARIXƏ DÜŞDÜLƏR”

“Torpaqlarımızın işğaldan azad olunması prezident İlham Əliyevin müdrikliyi, cəsarəti, Azərbaycan Ordusunun şücaəti sayəsində baş verdi. 44 gün davam edən vətən müharibəsi ermənilərin yenilməzliyi ilə bağlı mifi darmadağın etdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib. S.Adgözəlli vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin illərdir həyata keçirdiyi iqtisadi siyasətin …

Read More »

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü – Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru cənab Klaus Risbcerg ölkəmizə işgüzar səfərə gəliblər. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İyunun 29-da keçirilən görüş zamanı Baş prokuror, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev qonaqlara ölkə …

Read More »

AMEA-da hansı cinayətlər baş verir? – Mehdiyevlə Elton Məmmədovun SƏS YAZISI

Keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yayılan səs yazısından görünür ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb. Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa …

Read More »