Bazar , 7 Dekabr 2025

Siyasət

Daxili işlər orqanlarında yeni təyinat olub

Daxili İşlər Nazirliyində kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub. İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol …

Read More »

İstanbulda Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan diasporu tərəfindən “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibətilə İstanbul şəhərində mərasim təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, mərasimdə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın İstanbuldakı konsulluğunun, Dünya azərbaycanlılarının ikinci toplantısı üçün İstanbula gələn Azərbaycanlıların Koordinasiya Şuralarının, Azərbaycan evlərinin təmsilçiləri, Türkiyədə təhsil alan 37 azərbaycanlı kursant, qardaş ölkədə müalicə olunan 31 qazimiz , eləcə də onların ailə üzvləri və …

Read More »

Ali Baş Komandan: “Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq”

“Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq”. Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında …

Read More »

İlham Əliyev: “Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”

“Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin …

Read More »

“Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük”

“Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev …

Read More »

Prezident: “Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi”

“Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq …

Read More »

İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin edib”

“Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib. “İyunun 26-sı …

Read More »

Adil Əliyev: Azərbaycan Ordusunun göstərdiyi şücaət dünyaya ən yaxşı ordu nümunəsidir

Bu gün Şanlı Azərbaycan Ordusunun yaranmasından 103 il keçir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilmiş və Əlahiddə Azərbaycan Korpusu adlandırılmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan …

Read More »

Emin Həsənli: Hərbçilərimizin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunması təqdirəlayiqdir

“Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam dövlətimizin hərbçilərə göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsidir. Bu Sərəncam Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Sərəncama görə, işğaldan …

Read More »

Hadrutda “Dəmir yumruq” abidəsi ucaldıldı

Azərbaycanda “Dəmir yumruq” abidəsi qoyulub. Boyukmillet.com  xəbər verir ki, abidə Xocavənd rayonunun Hadrut qəsəbəsində ucaldılıb. Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub. Qeyd edək ki, “Dəmir yumruq” Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.

Read More »