“Yanvarın 13-də İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəyik. Həmçinin gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”, – o deyib.
Read More »Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir. Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur. Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin …
Read More »Fatih Dönməz: Türkiyənin Naxçıvanla əlaqələri enerji sahəsində də güclənəcək
“Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal boru kəmərinin istehsalına başlayacağıq. Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İqdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir”. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları …
Read More »Rufiz Qonaqov: Əldə olunan uğurlarımız Prezident İlham Əliyevin adı ilə bağlıdır
“2020-ci il Azərbaycan tarixinə torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazıldı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə məhz 2020-ci ildə öz azadlığına qovuşdu, ərazi bütövlüyümüz təmin edildi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentləri xüsusi qeyd etmək lazımdır. Ötən il ərzində Ermənistanın hərbi təxribatlarının qarşısının uğurla alınması, …
Read More »İlham Əliyevdən erməni nazirə – “Sən kimsən ki, Qarabağa gedirsən?”
“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və …
Read More »“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər. Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin …
Read More »Deputat: Maxinasiyalarla məşğul olanlar Qarabağ layihələrinə yaxın buraxılmamalıdır
Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qarabağ Dirçəliş Fondu” ilə bağlı fikirlərini təqdim edirik: – Dünən Azərbaycan Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman verdi və elə həmin gün də Fondun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalandı. Bu sənədlərə münasibətiniz. – Biz 2020-ci il sentyabrın 27-dən bəri Azərbaycan tarixinin çox şərəfli və çox qürurverici bir dövrünü …
Read More »Ərdoğandan Naxçıvanla bağlı VACİB QƏRAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün zəruri addımların atılması barədə qərar imzalayıb. Bu barədə “Resmi Gazete” məlumat yayıb. Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Energetika Nazirliyindən verilən məlumata görə, sənədi …
Read More »Füzulidə aeroport tikintisi barədə Prezidentin qərarını Xocalı aeroportu məsələsinə bağlayan radikal təftişçilik cəhdləri…
Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Füzulidə yeni beynəlxalq aeropotun tikiləcəyinin anonsunu verib: “Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”. Dövlət başçısı qeyd edib ki, …
Read More »İlham Əliyev: “Azərbaycan qazı artıq Avropa məkanındadır”
“Dekabrın 31-də daha bir şad xəbər gəldi. Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “Azərbaycan qazı artıq Avropa məkanındadır. Tarixdə ilk dəfə olaraq. Və bu, bizim tarixi nailiyyətimizdir”, – deyə …
Read More »