Bazar , 23 Fevral 2025

Siyasət

Millət vəkili son 1 həftədə 250-dən çox vətəndaşla görüntülü danışıb, qayğılarının həlli üçün müvafiq qurumlara müraciət edib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 250-dən çox vətəndaşla online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. …

Read More »

12 avqustda Azərbaycan Sosialist Partiyası qurultay keçirəcək

Azərbaycan Sosialist Partiyası 12  avqust  tarixində  saat 14.00-da  qurultay keçirəcək.   Məlumat   üçün  qeyd edək ki  1999 – cu ildə  təsis edilmiş Yeni Yol partiyasının adı növbəti, 2002 – ci ildə keçirilmiş qurultayda dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılmışdır. Hər iki halda – istər 1999 -cu ildə, istərsə də 2002 – ci ildə partiya sənədləri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən qeydiyyata alınmaq üçün Ədliyyə …

Read More »

Qərbi Azərbaycan İrəvan Respublikasının adı dəyişdirildi – AÇIQLAMA

Qərbi Azərbaycan İrəvan Respublikasının adı dəyişdirilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Demokratik Xalq Hərəkatının (DXH) nümayəndəsi Aqil Səmədbəyli açıqlama verib. “Qərbi Azərbaycan İrəvan Respublikasının adını – İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdik”, – açıqlamada bildirilib. 

Read More »

Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu baradə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gün “Pəncə-Qaplan” əməliyyatı bölgəsində terrorçularla toqquşmada Türkiyə ordusunun 1 əsgəri şəhid olub. Daha 3 əsgər isə yaralanıb”,- deyə məlumatda bildirilib. 

Read More »

Rusiya Ermənistan və Azərbaycan münasibətlərin normallaşması üçün hər şeyi edir

Rusiya Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması üçün hər şeyi edir. Boyukmillet.com bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. “Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir. Lakin həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, …

Read More »

Qazi Arif Məhərrəmov müalicə aldığı xəstəxanada ziyarət edilib

Deputat Razi Nurullayev bu gün Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, sağlamlığını torpaq və ölkə uğrunda qurban vermiş, bu gün isə diqqətsizlikdən şikayətlənən Arif Məhərrəmovu müalicə aldığı xəstəxanada ziyarət edib. Boyukmillet.com xəbər verir ki, deputatla görüşdə qazi xalqdan, dövlətdən mənəvi dəstək, diqqət istədiyini deyib. Vətən uğrunda sağlamlığını qurban verən Arif Məhərrəmov unudulmaq istəmir. O, hazırda Sabunçu xəstəxanasında müalicə alır. Qeyd edək …

Read More »

Azərbaycanda yeni holdinq yaradıldı – Fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb. Boyukmillet.com fərmanın mətnini təqdim edir: 1. “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılsın. 2. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən edilsin ki: 3.1. Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır; 3.2. idarəetməsinə veriləcək …

Read More »

Deputatlar və QHT sədrləri yaralı hərbçilərimizin ailələrinə baş çəkiblər – FOTO

Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva, millət vəkili Məşhur Məmmədov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova İyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan hərbiçilərimiz Mahəddin Zeynalov, Rauf Musayev və Kənan Mənsurovun ailə üzvləri ilə görüşüb. Görüş zamanı xalqımızın vətənin qəhrəman oğulları …

Read More »

“Prezidentin güclü sosial siyasətinin başlıca hədəfi əhalinin rifahının təmin edilməsidir”

Qənirə PAŞAYEVAMilli Məclisin Mədəniyyət komitəsinin sədri Koronavirus ÜST tərəfindən pandemiya elan edildikdən bəri Azərbaycan dövlətinin istər qlobal həmrəyliklə, istərsə də, əhalinin sosial rifah ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər, görülən işlər, özlüyündə bir örnək təşkil edir. Biz bu yazıda ölkənin sosial-iqtisadi sferası, pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, o cümlədən işgüzar aləmə təsirinin minimum endirilməsi, bu planda, dövlət dəstəyinə dair …

Read More »

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Boyukmillet.com xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova sessiyanın başa çatdığını elan edib. Avqustun 5, 6 və 7-də keçirilən sessiyada 6 qanun layihəsi qəbul edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq …

Read More »