Cümə , 22 Noyabr 2024

Siyasət

Türkiyə Milli Təhlükəsizlik Şurası: Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir

İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq. NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, bu fikir Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantısı ilə bağlı yayılan məlumatda yer alıb. Bildirilir ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal …

Read More »

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının ardından yaydığı bəyanatda, “Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılır”, – deyə bildirilib. Bəyanatda qeyd edilib ki, illərdir Azərbaycan torpaqlarının …

Read More »

Xarici İşlər Nazirliyində kadr təyinatı olub

Təhsil nazirinin müşaviri vəzifəsində çalışmış Elnur Məmmədov Xarici İşlər Nazirliyində (XİN) Ümumi katibliyin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Open.az-a XİN-dən məlumat verilib. Qeyd edək ki, E.Məmmədov sosial şəbəkədəki səhifəsində Təhsil Nazirliyindəki işindən ayrıldığını, başqa bir dövlət qurumunda çalışacağını bildirmişdi.

Read More »

Azay Quliyev Berlin TV-yə Ermənistanın Tovuz təxribatından danışdı – VİDEO

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Berlin TV-nin jurnalisti xanım Rakua Kraufordun Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrlə bağlı müsahibə verib. Boyukmillet.com həmin müsahibəni oxucularına təqdim edir: – Nəyə görə bu eskalasiya məhz Azərbaycan ilə Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində başladı? Əsas səbəblər nələrdir? – Bildiyiniz kimi, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri …

Read More »

“Danışıqların müxtəlif bəhanələrlə uzadılması yolverilməzdir” – Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefonla danışıb. Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, telefon danışığında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da iştirak edib. Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin …

Read More »

Ceyhun Bayramov Aİ rəsmisi ilə danışıb

Xarici İşlər Naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, telefon danışığında Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan da iştirak edib. Nazir Ceyhun Bayramov Aİ rəsmisinin təbriklərini qəbul edib. Nazir Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə …

Read More »

Ukraynada baş tutan Qarabağ aksiyasından yeni görüntülər-Video

Bildiyiniz kimi 21 iyul tarixində Ukraynada Azərbaycan səfirliyinin qarşısında Qarabağ aksiyası baş tutub. Orada təhsil alan Azərbaycanlı tələbər həmin aksiyada iştirak ediblər. Həmin aksiyadan olan yeni görüntüləri sizlərə təqdim edirik. Boyukmillet.com xəbər verir ki, həmin görüntülər “Türksoy” tv-nin rəhbəri Kürşad bəyə məxsusdur.

Read More »

İlham Babayev və Hafiz Təmirov DİN-in Mətbuat Xidmətinin rəis müavini təyin edildilər

Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.

Read More »

Samir Adıgözəlli: Mehriban Əliyeva Azərbaycana qarşı informasiya təxribatlarının ifşasındakı boşluqları göstərdi

Samir Adıgözəlli: “Hesab edirəm ki, bu məsələdə inzibati amillərlə yanaşı, ictimai qınağın da rolu güclü olmalıdır” Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib. Çox geniş məzmunlu müraciətdə Mehriban xanım, demək olar ki, bütün lazımi aspektlərə toxunub. Müraciətdə diqqət çəkən məqamlardan biri də Birinci vitse-prezidentin vətəndaşlarımızın və xaricdə …

Read More »

Xarkov şəhərində Azərbaycan Ordusuna dəstək, işğalçı ermənistan təxribatına etiraz mitinqi keçirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun və Azırbaycan diasporunun birgə təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirilib. Fəxri konsulluğun binasının qarşısında keçirilən İzdihamlı aksiyada Azərbaycan diasporunun fəalları, gənclər ,türk,tatar və digər xalqların nümayəndələri, deputatlar və media təmsilçiləri iştirak ebib Mitinqdə “Qarabağ bizimdir ,bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz …

Read More »