Sabiq nazir: “Paşinyan öz siyasəti ilə Rusiya üçün ayrı seçim saxlamayıb” İyunun 12-si günorta saatlarında Ermənistan hərbi bölmələri Azərbaycanla sərhəddə, Tovuz istiqamətində növbəti dəfə təxribata cəhd edib. Belə ki, düşmən Tovuzun Ağdam kəndi istiqamətindəki mövqelərimizə hücum edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri tərəfindən düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb, erməni hərbçiləri itki verərək geri oturdulub. Təxribatın qarşısını alarkən Azərbaycan hərbçilərindən 4-ü …
Read More »Daxili İşlər Nazirliyi açıqlama yaydı – Vətəndaşlara müraciət
“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin az əvvəl yaydığı açıqlamada bildirilib. Məlumatda daha sonra deyilir: “Eyni zamanda, vətəndaşlarımızı bütün …
Read More »Azay Quliyev QHT-lərə müraciət etdi
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məlsizin deputatı Azay Quliyev müraciət yayıb. QHT.az-ın məlumatına görə, müraciətdə deyilir:– Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Əziz həmkarlar, Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatı nəticəsində iyulun 12-dən etibarən Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Düşmən ciddi itgilər verərərək geri otuzdurulsa da döyüşlər ara vermir. Düşmən hücumunun qarşısının alınmasında qəhrəmancasına döyüşərək şəhid olanlarımız var. Bu …
Read More »Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, Asiya Parlament Assambleyası, Avropa Parlamentinin rəhbərlərinə müraciətlər ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətlərdə bildirilir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə …
Read More »Hərbi əməliyyatların aktivləşməsi QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur?
Cəsarət Hüseynzadə: “Hər bir QHT rəhbəri, hazırkı şəraitdə üzərinə düşən ictimai məsuliyyəti dərk etməlidir”“İnformasiya mühitinin formalaşması QHT nümayəndələrinin və ictimai fəalların üzərinə düşür” İyulun 12-dən etibarən Ermənistanın Tovuz istiqamətində həyata keçirdiyi təxribat hərbi əməliyyatların yenidən aktivləşməsinə səbəb olub. Təmas xəttində yaranmış yeni stuasiya QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur? İndiki məqamda QHT-lərin istər orduya dəstək, istər erməni yalanlarının ifşası, istərsə …
Read More »Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan icması bəyanat yaydı
Ermənistan ordusu növbəti dəfə təxribata əl atdı və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cəzasını aldı. Əslində, erməni tərəfin bu hərəkəti gözlənilən idi Son aylarda Ermənistan rəsmilərinin bir-birinin ardınca səsləndirdikləri sərsəm bəyanatlar, Paşinyanın Xankəndinə, Şuşaya gələrək nümayiş etdirdiyi məsuliyyətsiz hərəkətlər bu rejimin avantürist mahiyyətindən xəbər verir, hər an hər cür ağılsız addım ata biləcəkləri ehtimalını yaradırdı. Elə də oldu, 2016-cı ilin …
Read More »Artur Rasizadə: “Mənim anamın milliyəti belədir, bəzilərinin anasının heç kimliyi bilinmir”
Sabiq Baş nazir: “Savadı olmayanlar deyirlər ki, Artur erməni adıdır”“Gəlinimin erməni olmasına həmişə ürəkdən gülmüşəm”Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləmiş Artur Rasizadə Modern.az saytının suallarını cavablandırıb.Qeyd edək ki, bu, 2017-ci ildə Baş nazir vəzifəsindən təqaüdə göndərilmiş Artur Rasizadənin mətbuata ilk geniş müsahibəsidir. Onunla maraqlı söhbəti təqdim edirik:– Artur müəllim, …
Read More »“Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir”
Hiyləgərlik və fitnəkarlıq Ermənistanda siyasi hakimiyyətlərdən bir-birinə qalan ənənədir. Son günlər Azərbaycanın Tovuz rayonuna hücumların arxasında bir neçə məkrli məqsəd dayanır. Ermənistan hərbi təcavüzkarlığını başqa bir istiqamətdə davam etdirməklə dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən, işğal faktından yayındırmaq istəyir. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib. Bölgədə baş verən bütün xoşagəlməz hadisələrə görə Ermənistanın beynəlxalq hüquq …
Read More »Ermənistan tərəfinin bütün təxribat cəhdləri iflasa məhkumdur
Bildiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub, Ermənistanın təxribatına əməli cavab verilib. Erməni tərəfi itkilərini etiraf etməsə də, Azərbaycan qüvvələri düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsini məhv etmişdir.Ermənistanın bu cür təxribatlara …
Read More »Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq”
“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!”. Boyukmillet.com xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstagram” səhifəsindəki paylaşımda bildirib. I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: “Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına …
Read More »