Cümə , 5 Dekabr 2025

Siyasət

Ermənistan Azərbaycan ərazisində vətəndaşlarına mülkiyyət hüququ verib

Paşinyan məsələnin araşdırıldığını deyir Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında vətəndaşlara mülkiyyət hüququ verib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. Bu açıqlama Tavuş bölgəsinin Kirants kəndində qonşu Azərbaycan torpaqlarına iddia edən sakinlərin qanunsuz torpaq mülkiyyəti məsələlərinin araşdırılmasına səbəb olub. “Kirantsda mübahisəli olan bir neçə mülkiyyət şəhadətnaməsi çox güman ki, qanunsuz şəkildə verilib. Hökumət onların hüquqi əsaslarını araşdırdı və heç …

Read More »

Azər Qasımlının şikayəti təmin edilmədi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar dekabrın 8-də polis tərəfindən saxlanılıb. O, Cinayət …

Read More »

Bakıdan Fransaya yenə ittihamlar var

“Fransa beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir” Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistanın militarizasiya proqramı həyata keçirilir. Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bu barədə danışıb. “Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın …

Read More »

DAK-ın 21 Azər hərəkatı ilə bağlı bəyanat

 79-il öncə – 1945-ci il dekabrın 12-də Azərbaycan türkləri azadlıq, ədalət və müstəqil dövlətçilik ideyası əsasında Güney Azərbaycanda Milli Hökumət qurdu. Bununla millətimiz mədəni hüquqlarını, milli kimliyini və iqtisadi rifahını təmin edən demokratik bir toplumda yaşamaq istəyini gerçəkləşdirmiş oldu. Bir il ərzində Pişəvərliyinin rəhbər olduğu Milli Hökumət xalqın da dəstəyi ilə inqilabi dəyişikliklər həyata keçirdi. Onlardan ən önəmlisi Azərbaycan dilinin …

Read More »

Azərbaycanın daxili işlərinə müdaxilə… – Blinkenə cavab

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Entoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib. Bəyanatda vurğulanıb ki, ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç …

Read More »

Fuat Oktay: Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq gələcək qurmaq iradəsinin nümayişi olub

Fuat Oktay: Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq gələcək qurmaq iradəsinin nümayişi olub Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir. Boyukmillet.com xəbər …

Read More »

ResPlatforma: “Azərbaycan yarıtmaz idarəçilikdən xilas olmalıdır”

Hərəkat Əliyev hökumətinə müxalif mövqeyini davam etdirdiyini açıqlayıb Dekabrın 6-da III Respublika Platforması (ResPlatforma) quruluş ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, ResPlatforma Post-Qarabağ Gündəliyi ilə Azərbaycan ictimaiyyətinin qarşısını çıxaraq Azərbaycan siyasi həyatının düçar olduğu ifrat etatizmdən qurtulmağa və müasir desentralizasiyaçı demokratik prinsiplər əsasında ölkənin real və taleyüklü problemlərinin aradan qaldırılmasına dair ideyalar irəli sürür: “Post-Qarabağ Gündəliyi təsbit …

Read More »

Prokuror Hüseyn Abdullayevin daha 10 il həbsdə qalmasını istəyir

Ev dustaqlığı ilə bağlı vəsatət təmin olunmadı, Adil Qeybullanın həbsxanaya getməsinə icazə verildi Keçmiş deputat, 2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayevin yenidən 10 il azadlıqdan məhrum edilməsi istənilir. Dekabrın 5-də məhkəmədə prokuror onunla bağlı belə bir təklif irəli sürüb. Bakı Ağır Cinayətlər Məhkəməsində Hüseyn Abdullayevin işi üzrə keçirilən məhkəmə prosesinə sabiq deputat saxlandığı Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulur. …

Read More »

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə məlumat verilib. Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb.. COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident …

Read More »

COP29-da iaşə xidmətlərinin təşkili qaydası açıqlanıb

COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir. Boyukmillet.com xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə onlardan üçü “Mavi zonada”, biri isə “Green zona”dadır: “Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. Onlardan 30-dan çoxunda “kafeshop” və qida satışı nöqtələri, həmçinin iki böyük restoran fəaliyyət göstərəcək …

Read More »