Cümə , 5 Dekabr 2025

Siyasət

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məlumat Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib. Qeyd edilib ki, növbədənkənar seçkilərdə səsvermə prosesini izləmək üçün 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Xatırladaq ki, Azərbaycanda seçki məntəqələrində 2008-ci ildən veb-kameralardan istifadə edilir. Prezident İlham …

Read More »

Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır

Heydər Əsədov rəqibindən ehtiyat edir? –Peyman Sadıqovun plakatları lövhələrdən qoparılır. Ümid Partiyasının 51 saylı Şirvan seçki dairəsindən namizədi Peyman Sadıqovun təbliğat plakatları lövhələrdən qoparılır. Boyukmillet.com xəbər verir ki, Peyman Sadıqovun seçki qərargahının apardığı monitorinq zamanı məlum olub ki, Şirvan şəhərinin mərkəzi hissələrindəki təşviqat lövhələrindən onun plakatları qoparılıb.Peyman Sadıqov bunu özünə qarşı təxribat kimi qiymətləndirir.Ümid Partiyasının namizədi hesab edir ki, bu …

Read More »

Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”

Bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə “Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları” mövzusunda tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu tədbir çərçivəsində bir …

Read More »

Gürcüstan azərbaycanlılarının yaratdığı hərəkat “Dəyişiklik Naminə Koalisiya”ya qoşulub

FGN ölkədə azərbaycanlılar tərəfindən yaradılmış ilk siyasi birlik hesab olunur Gürcüstanda yeni yaradılmış gənclərin siyasi birliyi -“Fəallar Gələcək Naminə” (FGN) “Dəyişiklik Naminə Koalisiyası”na qoşulub. “Fəallar Gələcək Naminə” (FGN) Gürcüstanda azərbaycanlılar tərəfindən yaradılmış ilk siyasi birlik hesab olunur. Koalisiya Akhali (Nika Qvaramia, Nika Melia), Girçi, Droa tərəfindən təsis olunub. FGN-dən verilən məlumatda ölkədəki siyasi böhrana cavab olaraq, Azərbaycandilli icmanın fəal gəncləri …

Read More »

Bakı Yerevanla danışıqlar üçün Moskvanı məqbul platforma sayır

Bayramov dialoqa açıq olduqlarını bəyan edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Yerevanla danışıqlar prosesinə açıq olduğunu bildirib. Bu barədə nazir Rusiyanın “İzvestiya” nəşrinə danışıb. Onun sözlərinə görə, Moskva həmişə belə danışıqlar üçün məqbul platforma olub: “Danışıqlar prosesinə açığıq, bunun üçün biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatdan istifadə edirik”. “Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir, lakin Yerevanın bütün “ağlabatan …

Read More »

Rahib Qərib Biləsuvarda seçicilər ilə görüşlər keçirir

Tanınmış hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Mirzəkərim oğlu Qəribov (Qərib) Biləsuvar rayon 69 saylı seçki dairəsində deputatlığa namizədliyini irəli sürüb. Boyukmillet.com xəbər verir ki, təbliğat ərafəsində namizəd seçicilərlə görüşlər keçirdir. Rahib Qərib seçicilərin problemləri ilə tanış olur və problemlərin həlli istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparır. Bölgənin önə çıxan problemlərinin aradan qaldırılması, həmçinin regionun iqtisadi inkişafı yönündə seçicilərin …

Read More »

Deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problem “Xirtdəyəcəndir”

Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda …

Read More »

Diasporun ANA DİLİ uğrunda mübarizəsində Nurəddin Qərəvi faktoru

Müasir Azərbaycan milli hərəkatının nüvəsi Cənubi Azərbaycanda yerləşsə də xaricdəki cənublu azərbaycanlıların bu milli mübarizə prosesindən kənarda qaldığını söyləmək düzgün olmazdı. Azərbaycanlılar mühacirət etdikləri Avropa və Amerika ölkələrində ana dilini, milli-mənəvi dəyərləri, mədəni irsin qorunması missiyasını şərəflə yerinə yetirmişlər. Xaricdə yaşayan cənublu azərbaycanlıların yaratdıqları mərkəz və cəmiyyətlər parçalanmış vətənin problemlərinin beynəlxalq arenaya çıxarılmasında, dünya ictimaiyyətində Azərbaycan türklərinin bölünmüş xalq olması …

Read More »

“Yardımlı arxa planda qalmamalıdır” – Samir Əsədli

VHP-nin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təşviqat kampaniyasını davam etdirir. Boyukmillet.com  xəbər verir ki, növbəti görüş Yardımlı rayon Urağaran (Urakəran) kəndində keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsini yad etməklə başlayan görüşü VHP Ali Məclisinin üzvü Hacı Əliqismət Əlibəyli açaraq namizədin həyat yolu, fəaliyyəti barədə danışıb, VHP-nin siyasi-ideoloji …

Read More »

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb

Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi getdikcə daha fəal şəkil alır. Avqustun 13-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində deputatlığa namizəd və son beş çağırışda Azərbaycan Milli Məclisinin üzvü Rafael Hüseynovla görüş keçirilmişdir. Şəhər ictimaiyyətinun 300-dən artıq nümayəndəsinin toplaşdığı tədbirin əvvəlində Rafael Hüseynov auditoriyaya müraciətlə bildirmişdir ki, bu salonda əvvəllər də dönə-dönə çıxış etsə, o cümlədən Milli Məclisə …

Read More »