Bazar , 19 May 2024

Sosial müdafiə

İlham Əliyev şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.

Read More »

DSMF-nin gəlirləri 9% artıb

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox – 5,152 milyard manat gəlir əldə edib. Boyukmillet.com xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır …

Read More »

Leyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Dekabrın 28-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi …

Read More »

Vətən müharibəsində yaralanan 2 500-ə yaxın hərbi qulluqçuya əlillik təyin edilib

Vətən müharibəsində yaralanan 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Boyukmillet.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir. Həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir. İlk …

Read More »

Şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, Vətən müharibəsinin 10 iştirakçısına isə avtomobillər təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrini və qaziləri mənzillər və avtomobillərlə təmin olunmaları, eləcə də bütün şəhid ailələrini, veteranları qarşıdan gələn …

Read More »

ƏƏSMN əlillərin müavinətlərinin hansı qaydada artırılacağına aydınlıq gətirib

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata …

Read More »

Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə …

Read More »

Ağcabədi rayonu Şəfa klinikasında ödənişsiz oftalmoloji müayinə təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi ilə icra olunan “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Ağcabədi rayonu)” layihəsi çərçivəsində mərkəzə cəlb olunan, həssas əhali qruplarına aid uşaqların Bakı şəhəri Spero hospitalın həkim oftalmoloqu Rüstəmov Taryel tərəfindən Ağcabədi rayonu Şəfa klinikasında ödənişsiz oftalmoloji müayinə təşkil edilib. Uşaqlarla yanaşı, ailələrinə dəstək üçün …

Read More »

Azad olunan ərazilərdə vergi və sosial sığorta güzəştləri tətbiq ediləcək – SƏRƏNCAM

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştləri, sosial sığorta və digər güzəştlər tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə özəl …

Read More »