Bazar , 19 May 2024

Sosial müdafiə

Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib

Azərbaycanda Vətən müharibəsindən sonra 102 şəhid övladı dünyaya gəlib. Boyukmillet.com xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib. Onun sözlərinə görə, onlar heç vaxt atalarını görməyəcək: “Bütün şəhid övladları, qazilər bizə əmanətdir”. Qeyd edək ki, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni …

Read More »

Nazirlik daha 50 şəhid ailəsi və qaziyə mənzillərin sənədlərini təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən Müharibəsi Qəhrəmanına mənzillərin sənədlərini təqdim edib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı …

Read More »

Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Nazirlikdən  verilən məlumata görə, DOST Agentliyində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən …

Read More »

Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” nun təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici …

Read More »

Vətən müharibəsində yaralanmış hərbçilərin 1750 nəfərinə əlillik verilib

“Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4 600 şəxsə reabilitasiya xidmətləri göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. O bildirib ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb: “Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. …

Read More »

Son on gündə şəhid ailələri və qazilərə daha 1,2 milyon manat xərclənib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği məlum olub. Boyukmillet.com xəbər verir ki, indiyədək fonda 62 122 994,24 manat yığılıb. Həmin vəsaitdən 17 308 291,76 manatı fiziki şəxslər, 44 814 702,48 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 36 517 474,14 manatı xərclənib. Vəsaitin qalığı isə 25 605 520,1 manatdır. Qeyd edək ki, ötən ay fonda yığılan …

Read More »

Ehtiyatda olan baş leytenanta əlillik verilməsindən imtina edilməsi xəbəri əsassızdır

“Sosial şəbəkə səhifəsində ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb. “Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat payaşılması media prinsiplərinə və peşəkarlığına ziddir. Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün …

Read More »

Prezident əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının …

Read More »

Nazir: “Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir”

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial-iqtisadi islahatların uğurları sosial sığorta sistemində də özünü göstərir. Son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) büdcədən transfert 40%-dən 25%-ə enib. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin fəaliyyət sahələrində bu ilin …

Read More »

Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər üzrə pasportlar (reqlamentlər) hazırlanıb. Boyukmillet.com xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, bunu vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək dövlət orqanları …

Read More »