Cümə , 5 Dekabr 2025

Turizm

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və Almatı, həmçinin Belarusun Minsk şəhərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını nümayiş etdirib. Boyukmillet.com bu barədə Agentliyi istinadən xəbər verir. Tədbir çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan isə 70 aparıcı turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə …

Read More »

Azərbaycanda turizm: rekord gəlirlər, azalan vergi ödənişləri  

Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) Azərbaycanın səyahət və turizm sektorundakı vəziyyətlə bağlı nikbin proqnozlar verir. Beynəlxalq təşkilat hətta cari ildə bu sektorda əhəmiyyətli artım olacağını bildirir. WTTC-nin “Azerbaijan Travel & Tourism Economic Impact Research” adlı hesabatında qeyd olunur ki, 2025-ci ildə əcnəbilərin Azərbaycanda xərcləri 5,5 milyard manata, yerli turistlərin xərcləri isə 3,8 milyard manata çatacağı gözlənilir. Bu, postpandemiya dövründə sektorda yaranan …

Read More »

TDT-yə üzv dövlətlər turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb

“Türk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib. Boyukmillet.com Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Anlaşma Memorandumu iyulun 8-9-da Azərbaycan nümayəndə heyətinin Türkiyənin Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin Turizm nazirlərinin 10-cu toplantısında və işçi qrupun 20-ci görüşündə iştirakı zamanı baş tutub. Toplantıda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad …

Read More »

Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda deyilir. Bildirilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb. Fərdi minik avtomobilləri ilə səfər zamanı bir …

Read More »

Kənan Quluzadə: “İsrail-İran gərginliyi regionda turizm sektoruna yeni böhranlar yaşada bilər”

Regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İsrail və İran arasında artan qarşıdurma Azərbaycan və bütövlükdə regional turizmə mənfi təsir göstərə bilər. Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib. Onun sözlərinə görə, turizm sahəsi həm qlobal, həm də regional dəyişikliklərə ən həssas reaksiya verən sahələrdən biridir: “Bunu pandemiya dövründə açıq şəkildə gördük. Ən geniş …

Read More »

AZAL təhlükəsizlik məqsədilə Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib. Boyukmillet.com bu barədə aviaşirkət istinadən xəbər verir. Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib. “AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim …

Read More »

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

“Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub”. Boyukmillet.com xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Çindən – 1,8 dəfə, İspaniyadan – …

Read More »

Tunisdə yeni turist vergisi tətbiq ediləcək

Noyabrın 1-dən Tunisdə yeni turist vergisi tətbiq ediləcək. Boyukmillet.com xəbər verir ki, yeni vergi turistləri otelin ulduz reytinqindən asılı olaraq gündə 1 avrodan 3,5 avroya qədər əlavə ödəməyə məcbur edəcək. Məsələn, ikiulduzlu otellərdə ödəniş adambaşına gündə 1,18 avro, üçulduzlu otellərdə 2,36 avro, dörd və beşulduzlu otellərdə isə gündə 3,54 avro olacaq. Vergi 12 yaşdan yuxarı mütəşəkkil turistlərə şamil ediləcək. Yığılan …

Read More »

Azərbaycanda “Turistik Kənd” layihəsinə start verilib

Dövlət Turizm Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə “Turistik Kənd” layihəsinə start verilib. Boyukmillet.com xəbər verir ki, layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd …

Read More »

Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 18-24 sentyabrda Çinin Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirlər çərçivəsində 300-dən çox iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib. Silsilə tədbirlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə …

Read More »