Bazar , 19 May 2024

Xarici siyasət

Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib

“Avropa İttifaqı aprelin 12-də Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb. “Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə …

Read More »

Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb. O qeyd edib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir: “Dünən Ermənistan-Azərbaycan sərhədində …

Read More »

ATƏT sədri: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılması üçün bütün təşəbbüsləri dəstəkləyirik”

“ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, hazırda onun məqsədi sülh və təhlükəsizliyi …

Read More »

Ceyhun Bayramov: “Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib”

“Ötən gün Ermənistan planlı şəkildə təxribat törədib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hadisə ilə bağlı təhlillər davam edir: “Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl …

Read More »

Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”

“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq …

Read More »

İlham Əliyev: “Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesi iki istiqamət üzrə həyata keçirilir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaniyə Ermənistanla Azərbaycan arasında həyata keçirilən sülh prosesi barədə məlumat verib. Boyukmillet.com- un xəbərinə görə, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan dövlətimizin başçısı Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların …

Read More »

Azərbaycan Prezidenti ATƏT sədrini Ermənistanın ötən gün törətdiyi təxribat barədə məlumatlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini Ermənistanın ötən gün törətdiyi təxribat barədə məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib. Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər …

Read More »

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri FHN-in Akademiyasında olub

Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, akademiyanın rəisi general-mayor Baba Salayev qonaqları səmimi salamlayaraq ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, …

Read More »

Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib ki, diplomatik nümayəndəliyin binasında (Səməd Vurğun küçəsi 134) seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament …

Read More »

Azərbaycan lideri Monteneqronun yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Milatoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm …

Read More »