Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

Çavuşoğlu: “Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq”

“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.

APA-nın Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik. Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı ABŞ sanksiyaları noyabrın 4-dən etibarən tətbiq olunmağa başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması kimi hesab olunacaq. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton öz müttəfiqlərini noyabrın əvvəlinə qədər İrandan neft alınmasını tamamilə dayandırmaq üçün razı salmağa çalışacaq.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir