Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

“Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, – XİN başçısı qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş olub.

Check Also

Azərbaycanın Almaniyadakı səfiri Paşinyanı ermənicə salamlayıb

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb. Boyukmillet.com xəbər verir ki, …