Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Çavuşoğludan Fransa qəzetinə Şimali Kiprlə bağlı AÇIQLAMALAR

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L’Opinion” qəzetində Kiprlə bağlı açıqlamalar verib. 

Boyukmillet.com xəbər verir ki, Şərqi Aralıq dənizində Yunanıstanla mübahisələrin müxtəlif mexanizmlər çərçivəsində sakit bir dialoqla həll olunduğunu bildirən Çavuşoğlu Türkiyənin heç vaxt genişlənmə hədəfləri olmadığını və Yunanıstanla dialoqun bunun təsdiqi olduğunu bildirib. 

Çavuşoğlu Kipr məsələsi kontekstində Türkiyənin danışıqların hədəfləri barədə razılığa gələrək Kiprli Türklər və yunanların səylərini dəstəkləyəcəyini bildirib. 

Nazir qeyd edib ki, əvvəlki təşəbbüslərin uğursuzluqları nəzərə alınaraq, yalnız bərabər suverenlik və bərabər beynəlxalq status əsasında həll edilə bilər.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …