Çərşənbə , 19 Mart 2025
Drone Cameras

“Çelsi” tarixində ilk dəfə ardıcıl 12 oyun qələbə qazanaraq yeni ilkə imza atıb

İngiltərə Premyer Liqasında növbəti turun oyunları keçirilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, liqanın ideri “Çelsi” “Bornmut” komandasını qəbul edib.

Londondakı “Stamford Bric” stadionunda baş turan oyun 3:0 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatıb. Komandanın qalibiyyət qollarını oyunun 24 və 90+3 dəqiqələrində Pedro Rodriqes və 49-cu dəqiqədə Eden Hazard vurublar.

Bununla da “Çelsi” tarixində ilk dəfə 12 matç ardıcıl qələbə qazanıb. Komanda tur ərzində qapısında cəmi 2 qol görüb.  “Çelsi”nin rəqibləri 10 oyunda onun qapısına yol tapa bilməyiblər.

Komanda sonuncu dəfə 2008-2009-cu illərdə rekord göstəriciyə imza atmışdı. Belə ki, həmin illər “Çelsi” dalbadal 11 matç qələbə qazanmışdı. 

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir