Bazar , 4 Oktyabr 2026
Drone Cameras

CENTCOM İran limanlarının blokadasından sonra üç gəmini sıradan çıxarıb

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının blokadası bərpa edildikdən bəri 59 kommersiya gəmisinin istiqamətini dəyişib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində bildirib.

“USS George H.W. Bush (CVN 77) təyyarədaşıyan gəmisi İrana qarşı Amerika blokadasına riayət olunmasını təmin etməyə davam edir. Avqustun 12-nə olan məlumata görə, ABŞ qüvvələri blokadaya tam riayət olunmasını təmin etmək üçün 59 kommersiya gəmisini yönləndirib, üçünü sıradan çıxarıb və iki gəmiyə baxış keçirib”, – məlumatda qeyd olunur.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …