Bazar , 19 Yanvar 2025
Drone Cameras

Çex Respublikasının XİN başçısı: “Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndiririk”

“2015-ci ildə qəbul edilmiş birgə bəyanata əsaslanan əməkdaşlığı yüksək qiymətləndiririk və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulqanek Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov ilə görüşünün nəticələrinə əsasən bildirib.

O deyib ki, pandemiyanın səbəb olduğu fasilədən sonra əməkdaşlığı yenidən bərpa etməyimizdən çox şadam: ”Ölkələrimiz arasında ticarət münasibətlərinin inkişaf etdirilməsi zəruridir”.

Nazir həmçinin Çex Respublikasının hərbi kontingentinin Əfqanıstandan çıxarılmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib.

Y.Kulqanek 44 günlük müharibədə şəhid olanların ailələrinə başsağlığı verib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …