Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Çexiya Slovakiyadakı alman ordusunun bir hissəsini qəbul edə bilər

NATO-nun Slovakiyadakı alman hərbçilərinin bir hissəsi Çexiyada yerləşdirilə bilər.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

“NATO-nun Slovakiyadakı bölməsinin bir hissəsi olmalı olan alman əsgərlərinin bəziləri Çexiyada yerləşdirilə bilər. Bu, Şimali Atlantika Alyansının şərq qanadındakı ölkələrin gücləndirilməsi üçün NATO-da nəzərdən keçirilən variantlardan biridir”, – deyə nazir bildirib.

Qeyd edək ki, Slovakiya parlamenti 2 100-ə qədər hərbçidən ibarət NATO bölməsinin respublikada yerləşdirilməsini təsdiqləyib. Bunlar Çexiya, ABŞ, Almaniya, Hollandiya, Sloveniya və Polşa ordularının əsgərləridir. Bundesver 700 əsgər göndərməlidir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …