Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ceyhun Bayramov Aİ komissarı ilə ərazilərin minalardan təmizlənməsini müzakirə edib

“Bərpa-yenidənqurma işləri üçün ən vacib məsələlərdən biri ərazilərin minalardan təmizlənməsinə dəstək verilməsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu mövzu Aİ-nin diqqətindədir. Aİ müxtəlif vasitələrlə öz dəstəyini verir. Bu gün bu mövzu da müzakirə olundu. Düşünürəm ki, yaxın gələcəkdə həmin danışıqların praktiki nəticəsi olacaq”, – nazir vurğulayıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …