Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Çin və Hindistan sərhədçiləri atışdı: 63 əsgər öldü – Şok

Hindistan-Çin sərhədində yenidən silahlı münaqişə yaşanıb.

Boyukmillet.com xəbər verir ki, Ladax bölgəsindəki Qalvan vadisində baş verən silahlı atışmada 3 hind əsgəri ölüb.

Rəsmi Pekin qarşı tərəfin sərhədi pozduğunu bildirərək, əsgərlərə hücum etdiyini iddia edib:

“Çinli əsgərlərə hücum etmək və provokasiya yaratmaq ciddi münqişəyə səbəb olur”.

***

Baş verən atışma zamanı ölən hind əsgərlərinin sayı 20-yə çatıb.

Bu barədə ANİ agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən gecə baş verən atışma iki ölkə arasında son 45 ilin ən şiddətli qarşıdurması sayıla bilər.

Agentlik Çin tərəfindən isə 43 əsgərin öldüyünü bildirir.

Rəsmi Pekin isə hələ ki, itkilərin olub-olmaması ilə bağlı məlumat vermir. 

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …