Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

CNN: Ukrayna Rusiya təyyarəsini “Patriot”la vurub

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya məxsus təyyarəni “Patriot” zenit-raket kompleksi vasitəsilə vurub.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, adı açıqlanmayan Pentaqon rəsmiləri və ABŞ Konqresinin əməkdaşları son həftələrdə “Patriot”un köməyi ilə düşmənin bombardmançısını vurmağa müvəffəq olduqları barədə məlumat veriblər. CNN xəbər verir ki, digər hava hücumundan müdafiə sistemləri bunun üçün yetərincə uçuş məsafəsinə malik deyil.

“Patriot”un hədəf aldığı Rusiya təyyarəsi Ukrayna hədəflərinə raket zərbələri endirmək üzrə idi”, – nəşr diqqətə çatdırıb.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …