Şənbə , 22 Mart 2025
Drone Cameras

Dərbəndin Azərbaycan multikulturalizmindəki yeri

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi müxtəlif layihələri reallaşdırmaq imkanını yaradıb, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək, Azərbaycan tarixinin yaddaş tarixini qorumaq üçün şərait yaradıb.

4-6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kultura+ internet kanalının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Dərbənd Azərbaycanın ən qədim şəhərlərindəndir” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, tarixçi-konfliktoloq Rizvan Hüseynovun çəkiliş qrupunun Dərbənd şəhərinə səfərini təşkil ediblər.

Azərbaycan tarixinin incilərindən olan “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində aparılan bu səfərin əsas məqsədi Azərbaycan multikulturalızminin ilkin qatlarının yaranmasında özünəməxsus yer tutan Dərbənd şəhərinin keçmişini, Dədə-Qorqud ruhunun yaşadığı dünyanı geniş auditoriyanın diqqətinə çatdırmaqdır.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir