Şənbə , 1 Aprel 2023

Daha 3 rayonun yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Check Also

“İran Fazil Mustafanı güllələməklə Azərbaycanı qorxu içində saxlamaq istəyir” – Güneyli şairdən hadisəyə REAKSİYA

Xəbər verdiyimiz kimi, martın 29-u axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. …