Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan – Azərbaycan uşaqlarının gözü ilə” rəsm və əl işləri sərgisi açılıb.
Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, rəsmlərdə Azərbaycan uşaqları əsasən Özbəkistanın mədəniyyəti, tarixi, abidələri, ədət və ənənələrinə dair çəkdikləri rəsmlər yer alıb.
Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sərginin məqsədinin iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin genişləndirilməsi olduğunu, layihəyə 2013-cü ildən start verildiyini deyib.
Sonra Daşkənddəki Qlier adına ixtisaslaşmış musiqi akademik liseyinin şagirdləri Azərbaycan və özbək bəstəkarlarının əsərlərini ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …