Cümə , 19 Aprel 2024
Drone Cameras

Deputatlığa namizəd Möhsün Aslanovla Gənclər Mərkəzində izdihamlı görüş – FOTOLAR

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə növbəti görüşü Göygöl Gənclər Mərkəzində keçirilib. 300-dən çox iştirakçının qatıldığı tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstlərəinin düzülməsi ilə başlayıb. Mərkəzin iclas salonunda tədbir dövlət himninin səsləndirilməsi ilə davam edib.

Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş oğul və qəzlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Habil Cabbarov 101 saylı Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovun həyat və fəaliyyəti haqda məlumat verib. Onun ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin dünya ölkələrində yayılmasında göstərdiyi xidmətlərdən danışıb.

Rayon Ağsaqqallar Şurasının sədri Abdulla Qasımov tədbirin ilk çıxışçısı kimi deputatlığa namizədə öz xeyir-duasını verdi. Onun qələbə çalacağına əminliyini ifadə edib.

“Mən Ulu Öndərimizi xatırlamadan sözümə başlaya bilmərəm. Onun bizimçün miras qoyduğu siyasi və ideoloji irs bu gün hər bir gəncimizin həyat mənbəyi, qaynağı olmalıdır. Bugünkü toplantıya qatılmağım da məhz bu amaldandır. Mən Möhsüm Aslanovun Azərbaycan Televiziyası üzərindən reportajlarını izləyəndə həm həsəd aparırdım, həm də böyük qürur duyurdum. Birincisi, hesab edirdim ki, bu böyük bir xoşbəxtlikdir ki, elə mötəbər tribunalardan ölkənin həqiqətlərini səsləndirmək cəsarətin və bacarığın ola. İkincisi, Ulu Öndərimizin ideyalarına bu qədər sadiqliklə Vətəninçün mücadilə edəsən. Bu gün mən belə bir insanın seçki təbliğatında iştirak etməklə onun haqqında öz ürək sözlərimi səsələndirməyi özümə borc hesab etdim. Çox adamdan onun haqqında yaxşı sözlər eşitmişəm, indi bu səmimiyyətə öz gözlərimlə şahid oldum. Mən seçki dairəmizdə olan gəncləri belə bir insana səs verməyə çağırıram”. Bu fikirlər gənc tələbə Türbət İsazadə tərəfindən səsləndirildi.

Daha bir gənc, Əhməd Əhmədov isə Möhsüm Aslanovu tanımadığını, amma fəaliyyətini yaxından izlədiyini qeyd edib. Onun dairələrindən deputat olarsa, gənclərə böyük faydası dəyəcəyinə inandığını bildirib.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Əlikömək Alıyev deputatlığa namizəd Möhsüm Aslanovu lap uşaqlıqdan tanıdığını, bütün fəaliyyətini izlədiyini qeyd edib: “Əsl mücadilə adamı Möhsüm Aslanova dəstək olmaqla biz gələcəyimizə böyük mənəvi sərmayə qoymuş olacağıq. Onun xalqına necə bağlı olduğunu, hansı qan yaddaşına sahibliyini mən çox içdən bilirəm. Ümidvaram ki, seçicilər 9 fevralda məhz belə bir insana səs verəcəklər”.

Çıxış edən Göygöl sakini Tosun Apiyev isə qeyd etdi ki, mən bu gün bura deputatlığa namizədimizlə həmrəy olduğumu, ona canı-dildən inadığımı nümayiş etdirmək üçün gəlmişəm. İnanmadığım heç bir adamın nəinki dalınca, heç önündə də getmərəm. Camaatımızdan da xahiş edirəm ki, Möhsüm Aslanova dəstək olaq.
Deputatlığa namizədin vəkili İqbal Əliyev: “Çıxış etməyi planlaşdırmamışdım. Tosun Apiyevin çıxışından sonra öz gözümlə gördüklərimi demədən keçə bilmədim. Mən yerli admam, adamların hazırda proseslərə nə qədər az marağının olduğunu yaxşı bilirəm. Amma biz hansı kəndə, hansı qəsəbəyə getdiksə, 10-15 dəqiqəlik təmasdan sonra insanların üzünün ifadəsinin dəyişdiyini gördüm, hamı deputatlığımıza namizədimizin səmimiyyət işığına toplaşmağa, güvənməyə başladılar. O kəndləri tərk edib getdikdən sonra da haqqımızda yaxşı sözlərin dolaşdığını eşitdim. Çox əminəm ki, tezliklə görüşdüyümüz insanlar seçki qutusunun başına gələrək öz isti münasibətlərini ifadə edəcəklər. Möhsüm Aslanovu seçərək başqa bir şəraitin yaranması üçün iradə nümayiş etdirəcəklər”.

Deputatlığa namizəd Möhsüm Aslanov isə öz platformasını və ürək sözlərini söylədi. Dövlətimizin yürütdüyü siyasətdən, prezident İlham Əliyevin start verdiyi islahatlardan və onun önəmindən danışdı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sosial və mədəni sferada nail olduğu uğurları qeyd edərək, söylədi ki, bu gün Mehriban xanım Əliyeva öz isti ürəyi ilə hər kəsin qayğısına qalmağa, hər kəsin imdadına yetməyə çalışır. “Bu iki insanın birliyi və əməyi nəticəsində ölkəmiz uğurla inkişaf edir”.

Sonra deputatlığa namizəd seçicilərin arzu və istəklərini, onları narahat edən qayğılarını dinlədi. Sonda ayrı-ayrılıqda xatirə şəkilləri çəkdirildi.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …