Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

DİN-dən Gəncədə aksiya ilə bağlı sərt xəbərdarlıq – TƏXRİBAT

İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Onun həyat yoldaşı “Youtube”da video yayaraq Yunis Səfərovun İmam Hüseynin intiqamını aldığını və Elmar Vəliyevin gəncəliləri təhqir etdiyinə görə güllələdiyini bildirib. 

Sosial şəbəkələrdə bir qrup şəxs insanlara çağırış edərək onları aksiyaya dəvət edirlər. Belə ki, onlar iyulun 10-da saat 20:00-da Gəncə İcra Hakimiyyətinin qarşısında aksiya edəcəklərini bildirirlər. Gəncəli gənclərin də bir çoxu öz şəxsi səhfələrində insanlara müraciət edərək bu cür radikal qrupların çağırışına məhəl qoymamağı və ölkədəki sabitliyin qorunub saxlanılmasının vacib olduğunu bildirirlər. 

Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da suallarımızı cavablandıran olmayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, istənilən qanunsuz keçirilən, vətəndaşlarımızın narahatçılığına səbəb olan və ictimai sabitliyin pozulmasına yönələn hər bir aksiyanın qarşı polis tərəfindən alınacaq.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir