Şənbə , 20 Aprel 2024
Drone Cameras

Dneprdə Azərbaycanın Müstəqilliyinin bərpası günü qeyd edilib

Dnepropetrovsk Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası gününü qeyd edib.


Boyukmillet.com xəbər verir ki, Ukrayna-Azərbaycan Mədəniyyəti və Biznesi mərkəzində Diaspor fəallarının iştirakı ilə tədbir keçirdilib.


Tədbirdə ilk olaraq Birinci və İkinci Qarabağ savaşı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik süküt ilə yad edilib.


Daha sonra tədbiri giriş sözü ilə açan KADO sədri Nəcəf Əhmədov Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasından danışıb. 18 oktyabr tarixinin əhəmiyyətindən danışıb.


Tədbirdə qonaq qismində iştirak edən Samara rayon Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimov çıxış edib.

Qeyd edək ki, tədbirdə KADO-nun idarə heyətinin üzvü Şahlar Mirzəyev, Nadir Abdullayev, Ukrayna blogerlər İttifaqının üzvü Eldar Məhərrəmov, KADO ağsaqqallar şurasının üzvləri Nəriman Məmmədov, Fizuli İbrahimov və vəkil Ağəli Tağıyev çıxış ediblər.

Ayna Fərhad

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …