Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Dollar satışına qadağa qoyuldu

Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib.

İnterpress.az əbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbiridir. 
Məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Bundan sonra valyuta ticarətində dolları avro əvəzləyəcək. 

Vitse-prizedent ABŞ-ın sanksiyalarının beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib. Onun sözlərinə görə, Venesuelanın maliyyə blokadasına alınması ölkənin həm hökumət strukturlarına, həm də özəl sektora təsir göstərir.

Tarek Əl-Aysami özəl sektor sahələri arasında kənd təsərrüfatı və əczaçılığın vəziyyətini xüsusi vurğulayıb:

“Məhdudlaşdırmalar göstərir ki, imperializm öz dəliliyi ilə nə qədər uzağa gedə bilər”. 

Qeyd edək ki, son illər Venesuela kəskin sosial-iqtisadi böhran yaşayır. BTM-nin rəsmi məlumatına görə, nəticədə 2,3 milyon vətəndaş ölkəni tərk edib. 

Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ Ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir