Şənbə , 21 Mart 2026
Drone Cameras

Donald Trampın keçmiş xanımı səfir olmaq istəyir

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp səfir olmaq istəyir.

“Report” xəbər verir ki, o, bunu “New York Post” qəzetinə açıqlamasında deyib.

İvana Tramp ABŞ-ın Çexiyada səfiri olmaq istədiyini söyləyib: “Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm. Üç övladım –  İvanka, Donald Erik və kürəkənim Jared Kuşner onun müvəqqəti komandasındadır. Qızımız İvanka Tramp Ağ evdə rəsmi vəzifə tutmayacaq. O, atasının şirkəti ilə bağlı işlərlə məşğul olacaq”.

Check Also

ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir

Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir