Şənbə , 27 İyul 2024
Drone Cameras

Dövlət Departamenti: Regionun rifahı üçün Azərbaycan və Ermənistanın mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik

ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır.

Bunu “Report”un ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə vurğulayıb ki, ABŞ dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar:

“Ardıcıl olaraq təkrar etdiyimiz kimi, Birləşmiş Ştatlar sülh sazişi bağlamaq üçün çalışan Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin mümkün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”.

Dövlət Departamenti rəsmisi delimitasiya prosesi ilə əlaqədar Bakı və İrəvan arasında əldə olunmuş razılaşmanı da alqışladıqlarını söyləyib:

“Biz Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası üzrə davamlı irəliləyişi alqışlayırıq. Bu, Ermənistan və Azərbaycan arasında davamlı və layiqli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”.

Check Also

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır. Boyukmillet.com xəbər verir ki, bu …