Şənbə , 27 Aprel 2024
Drone Cameras

Dövlətə xəyanətdə şübhəli bilinən şahzadələr həbs edildi: “Kralın qardaşı edam ediləcək?”

Səudiyyə Ərəbistanında dövlətə xəyanətdə şübhəli bilinən kral ailəsinin üç üzvü saxlanılıb.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr bildirib ki, ötən gün səhər saatlarında dövlətin keçmiş vəliəhd şahzadəsi Məhəmməd bin Naif, onun kiçik qardaşı Nəvaf bin Naif və kralın qardaşı Əhməd bin Əbdüləziz hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların evində axtarış aparılıb.

Kral ailəsi üzvlərinin ömürlük həbs və ya edam ediləcəyi qeyd olunur. (oxu.az)

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …