Cümə axşamı , 9 May 2024
Drone Cameras

Dövlət başçısı: “Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”

“Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik”.

Boyukmillet.com xəbər verir ki,bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.

“İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – Prezident vurğulayıb.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …