Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib.

Boyukmillet.com-un məlumatına görə, Dövlət Departamenti müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.

1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını hər il uzadır və bununla bağlı Konqresə məlumat verirlər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …