Nazirlər Kabineti Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərar qəbul edib.
“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Sənədə əsasən, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyini nəzərə alaraq, onun yeni tərkibi təsdiq edilib:
Şuranın sədri
Budaqov Tahir Yaqub oğlu – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Şuranın üzvləri:
Şirinov Fikrət Həsənqulu oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının vergi siyasəti və gəlirlər şöbəsinin müdiri
Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Cəbrayıl Fərid Zəbiyulla oğlu – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin rəis müavini
Əhmədov Əzizağa Nəriman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin gömrük statistikasının təşkili və təhlili şöbəsinin rəisi
İsmayılov Fəxri Yaşar oğlu – Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika Departamentinin direktoru
Tağıyev Çingiz Həsən oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri
Səmədov Faiq Mədət oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibinin müavini
İsaxanlı Hamlet Abdulla oğlu – “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri
Yaqubov Sakit Məmədi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasının müdiri
Muradov Allahyar Niyaz oğlu – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini
İsmayılov Dağbəyi Mirzəxan oğlu – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Baş direktorunun müavini
Hacıverdiyev Əşrəfağa Əliağa oğlu – “Bakı Universal Maşınqayırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktoru
Quliyev Aydın Alqulu oğlu – “Bakı-Xəbər” qəzetinin Baş redaktoru
Nuriyev Əliməmməd Mali oğlu – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü
Şuranın katibi
Sadıqlı Şahin Əlibala oğlu – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Qərar artıq qüvvəyə minib.