Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək haqqı və pensiyaların, sosial müavinət və yardımların, təqaüd və kompensasiyaların kartla, habelə digər alət və üsullarla nağdsız ödənilməsi üçün bank seçiminə dair dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 açıq tender elan edib.
Boyukmillet.com xəbər verir ki, hər 2 tenderdə iştirak haqqı 215 manatdır.
İddiaçılar ilkin sənədləri yanvarın 12-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 23-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy Zərdabi küçəsi, 80 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 530-29-03.
Təkliflərə yanvarın 24-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.