Çərşənbə axşamı , 26 May 2026
Drone Cameras

DSX nin 26 yaşlı əsgəri niyə həlak olub ?

DSX nin 26 yaşlı əsgəri niyə həlak olub ?

Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılan 26 yaşlı Cəbrayılov Raminin xidmət müddətinin başa çatmasına təxminən bir ay qaldığı bildirilir. Ali təhsilli əsgər kimi xidmət edən hərbçinin dünən baş verən hadisə zamanı ağır yaralandığı qeyd olunur.

Məlumata görə, Ramin Cəbrayılov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin necə baş verdiyi ilə bağlı isə fərqli iddialar səsləndirilir. Bir versiyaya əsasən, hərbçi özünü silahla vurub. Digər iddiaya görə isə o, sərhəddə qaçaqmalçılarla baş verən atışma zamanı yaralanaraq dünyasını dəyişib. Məsələ ilə bağlı hələlik Dövlət Sərhəd Xidməti və digər rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 4-cü belə hərbçi ölümü hadisəsidir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmasına əsasən, 2026-cı ilin fevral ayına qədər Azərbaycanda azı 9 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib. 2025-ci ilin hesabatına əsasən isə, ümumilikdə, 42 hərbçi qeyri-döyüş şəraitində vəfat etmişdi. Onlardan 11-i  Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.

Check Also

İllər əvvəl daş-torpaq olan ərazi CƏNNƏTƏ ÇEVRİLİB – Görün necə dəyişdi

ABŞ-ın ən quraq bölgələrindən biri hesab olunan Nevada ştatındakı Susie Creek uzun illər demək olar …