Cümə , 27 Fevral 2026
Drone Cameras

“Dünya kinosuna normal filmlər təqdim edə bilmirik “- Fazil Mustafa

“Məmurların hüquqlarını qoruyacaq mexanizm yoxdur”

“Bu gün Azərbaycan kinosunun inkişafı arzuolunan səviyyədə deyil. Biz Gürcüstan və Ermənisatndan bu sahədə geridə qalmışıq. Halbuki maddi imkanlarımız onlardan genişdir, amma dünya kinosuna normal filmlər təqdim edə bilmirik”.

Boyukmillet.com-ın məlumatına görə, millət vəkili Fazil Mustafa bu fikriləri Milli Məclisdə, Milli Məclisin 2018-ci il payız sessiyasının qanunvericilik işlər planı haqqında danışarkən söylədi. O qeyd etdi ki, kino həm də biznes sahəsidir.

F.Mustafa ölkədə məmurların hüquqlarının müdafiəsi haqqında qanunun qəbul olunmasını da təklif etdi. “Azərbaycanda vəzifələrə yeni təyinatlar olur. Mətbuat xidmətlərinə istinadən yayılmış xəbərləri oxuyursan ki, bu gün 5 nəfər işdən çıxarıldı, sabah 10 nəfər işdən çxıarılacaq, yerinə filan qədər kadr gətiriləcək. Məmurların hüquqlarını qoruyacaq mexanizm yoxdur. Biz bir yol tapmalıyıq ki, 10-15 ilə yetişmiş savadlı məmuru belə asanlıqla sıradan çıxartmayaq. Bəlkə belə bir qayda qoyulsun ki, hansısa qurumun rəhbərliyinə yeni şəxs gətiriləndə 6 ay ərzində heç kimə toxunulmasın”.

(Interpress.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir