Rusiya keçirdiyi hərbi təlimdə, bütün dünyanın qorxutduğu düşməni kor edən vəhallyusinasiya görməsinə (mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsi) səbəb olan silahlardan istifadə edilib.
Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, sözügedən silahlar Rusiya Müdafiə Nazirliyinin Nijni Novqoroda bağlı Mulino şəhərində genişmiqyaslı hərbi təlimdə istifadə edilib. Təlimdə tanklar, ağır zirehli maşınlar, raketlər, raketdən müdafiə sistemləri, döyüş təyyarələri və çox sayda əsgər iştirak edib. Pis hava şəraitində keçirilən təlimlərdə gercək silahlardan istifadə edilib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə ən diqqət çəkən məqam isə düşməni təsirsiz hala gətirən silahlar olub. Belə ki, təlimlərdə ötən ay uğurla sınaqdan keçirilən işıqlı silahlardan ilk dəfə istifadə edilib.
Əsgərlərin silah və qalxanlarında istifadə edilən işıqların ən əhəmiyyətli xüsusiyyəti düşmən əsgərinin ilk baxış anında gözlərini kor etməsi və bu silahların təsirinə məruz qalan düşmən əsgərinin hallyusinasiya görməsinə səbəb olmasıdır. Təlim zamanı əsgərlər bir şərti obyektə hücumda bu silahlardan istifadə edib. Təlimin son bölümündə yer alan işıqlı silahlar ilk dəfə istifadə edilərək, bütün dünyaya tanıdılmış olub.