Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb

Bakıda keçirilən “UFC Fight Night Baku” turnirinin bonus qalibləri açıqlanıb.

Bildirilib ki, “Gecənin performansı” nominasiyasında Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko fərqləniblər.

Hər dörd döyüşçüyə uğurlu çıxışlarına görə 100 min ABŞ dolları məbləğində mükafat təqdim olunub.

Bundan başqa, görüşünü vaxtından əvvəl qələbə ilə başa vuran, lakin “Gecənin performansı” bonusuna layiq görülməyən hər bir idmançıya əlavə olaraq 25 min ABŞ dolları məbləğində bonus verilib./milli.az

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …