Bazar , 11 Yanvar 2026
Drone Cameras

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı 2024-2025-ci illər üçün proqnozlarını açıqlayıb

Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir.

“2024-2025-ci illərdə Cənubi Qafqazda iqtisadi artım illik 3,3 % səviyyəsində sabit qalacağı proqnozlaşdırılır. Rusiyadan pul köçürmələrinin daha da azalması gözlənilsə də, təkrar ixrac və turizm iqtisadi fəallığı dəstəkləməyə davam edəcək.Bununla belə, uzunmüddətli artıma əmtəə asılılığı, zəif nəqliyyat əlaqələri və logistika və Ermənistan və Azərbaycan arasında mümkün davam edən geosiyasi gərginlik mane olmaqda davam edəcək”, – hesabatda qeyd edilib.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …