Cümə , 29 Mart 2024
Drone Cameras

DÜNYA İQTİSADİYYATI AĞIR TƏNƏZZÜL DÖVRÜNƏ DAXİL OLUB -BVF rəhbərindən qorxunc etiraf

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub.

Boyukmillet.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva deyib: “Artıq biz resessiyadayıq. O qlobal maliyyə böhranından çox pisdir. Təcili olaraq səhiyyə, həmçinin iqtisadiyyatın müdafiə qabiliyyətini möhkəmlətmək üçün addımlar atılmalıdır. Formalaşmaqda və inkişaf etməkdə olan bazarlara çox güclü zərbə dəyib. İndiki ikiqat böhran şəraitində onların müdafiə üçün resursları daha azdır”.BVF rəhbərinin sözlərinə görə, pandemiya başlanandan bəri belə ölkələrdən xaricə kapital axını 90 milyard dolları keçib: “Bu, qlobal maliyyə böhranı dövründəkindən daha çoxdur. Biz Beynəlxalq Valyut Fondu olaraq Dünya Bankı və digər maliyyə qurumları ilə birlikdə gücümüzü səfərbər etmişik. Fond olaraq bizim 1 trilyon dollar ehtiyatımız var. Biz iqtisadiyyatı bu böhrandan çıxarmaq üçün lazım olan qədər vəsait sərf etməyə hazırıq”.  

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …