Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Dünya liderləri toplandı – Koronovirusla birgə mübarizə QƏRARI VERİLDİ

Bu gün Yeni tip koronavirusunun (Kovid-19) gündəliyi ilə toplanan G20 Liderlərinin Fövqəladə Toplantısı 2 saat 20 dəqiqə davam edib.

Boyukmillet.com xəbər verir ki, video-konfrans formasında keçirilən toplantı başa çatdı. Toplantıda bu qərarla qəbul olundu:

– Həyatı, məşğulluğu və gəlirləri qorumaqda qərarlıyıq.

– Etibar yaratmağa, maliyyə sabitliyini qorumağa, böyüməni stimullaşdırmağa və canlanmanı təmin etməyə sadiqik.

Biz ehtiyacı olan bütün ölkələrə yardım etmək və ictimai sağlamlıq və maliyyə tədbirlərini əlaqələndirməkdə qərarlıyıq.

– G20 liderləri dünya iqtisadiyyatına 5 trilyon dollar köçürməklə öz iqtisadiyyatlarını qorumaq məqsədilə müxtəlif tədbirlər görəcəklər.

– Epidemiyaya nəzarət etmək üçün bütün lazımi sağlamlıq tədbirləri görüləcək və kifayət qədər maliyyələşdirmə təmin ediləcək.

– G20 ölkəsi korona virusunun yayılmasının öhdəsindən gəlmək üçün lazım olanı edəcək.

G-20 ölkələrini Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, Türkiyə, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Avropa Birliyi (AB) Komissiyanı formalaşdırır.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …