Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Dünya mediası G-20-dəki bu fotodan danışır : Ərdoğan əlini Makronun çiyninə qoydu və Fransa prezidentini “əzdi”

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, G-20 Sammitində dünya liderləri ilə bir araya gəlib.
boyukmillet.com xəbər verir ki, fasilə zamanı ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə söhbət edərkən, Türkiyə prezidenti Ərdoğanın da Fransa prezidenti Makron ilə bir araya gəldiyi diqqətdən yayınmayıb. 

Görüş zamanı Ərdoğanın əlini əzici bir hərəkətlə Makronun çiyninə qoyması və sərt baxışlarla Fransa prezidentinə baxmasını əks etdirən fotolar dünyanın bir çox agentliklərində yayılıb. 

Türkiyə mediasının yazdığını görə, Ərdoğan Makronla görüşü zamanı Fransa prezidentinin son açıqlamalarına görə, onunla sərt tonda danışıb. 

Qeyd edək ki, Fransa prezidenti Makron Türkiyənin Aralıq dənizinin Kipr hissəsində apardığı axtarış əməliyyatlarına qarşı çıxmışdı. Rəsmi Ankara isə Şimali Kipr Türk Cümhuriyyətini təmsil etdiyini bildirərək Fransaya sərt cavab vermişdi. 

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …