Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Əbu-Dabi danışıqları təxirə salınıb, yeni tarix açıqlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında bu gün Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların baş tutmayacağını açıqlayıb.

Boyukmillet.com-un məlumatına görə, o, müvafiq mesajı özünün Telegram kanalında paylaşıb.

“Qrupumuz indi məlumat verdi ki, danışıqlar olmayacaq. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevralda Əbu-Dabidə”, – deyə o yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin Rusiya-Ukrayna müharibəsini real və ləyaqətli sona yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …