Şənbə , 27 İyul 2024
Drone Cameras

Əbülfəz Elçibəyin ədalət və mərhəmət tərəzisində…

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRHUM PREZİDENTİ , MİLLİ AZADLIQ HƏRƏKATININ LİDERİ ƏBÜLFƏZ ELÇİBƏYİN ƏZİZ VƏ İŞIQLI XATİRƏSİNƏ…

“ Dövlət Bəyin ölüsü də gözəldir…”
“ Nəsimi” filmindən.

Əbülfəz Elçibəy haqqında hansı müzakirələr olursa olsun, hətta tənqiddən təhqir müstəvisinə keçid baş verdikdə belə Onun təmizliyi, rüşvətə, korrupsiyaya bulaşmamş təmiz əlləri hər kəsin, hətta onu sevməyənlərin belə təslim olduğu məqamdır. Siyasətdə mərhəmətə gəlincə Napaleon demişkən: “ Siyasətçilərin ürəyi olmur, yalnız başı olur.” Əbülfəz Elçibəyin Ədalət və mərhəmət tərəzisində həmişə mərhəmət ağır basdı. Ən azından bunu tarazlışdırmaq olardı…
Əbülfəz Bəy əsla büt deyil, buna heç gərək də yoxdur. Bu millətin başına gələn fəlakətlərin elə ən böyüyü sümükdən və ətdən olanların bütünə Allahdan güclü sitayiş, səcdə olmadımı?! allahlar olan yerdə Allah olmur demək ki…
Əbülfəz Bəyi ən güclü xarakterizə edən sözlər mənə görə Rüstəm Behrudinin “ Qəribə Adam” şeirindədir.Çünki bu şeir yazılanda Əbülfəz Bəyi məhdud çevrəsi dışında kimsə tanımırdı. Bu şeirdə Əbülfəz Bəyin başına gələnlər yazılıb elə bil, nə qədər mistik səslənsə də.Əbülfəz Bəy haqqında bütün həqiqətlərin bir ifadəsi də həm də olduqca ağrılara yol açan milli fəlakətlərimizin səbəbi aşağıdakı misralardadır. Ə. Elçibəyin də məruz qalıb milləti yetim qoyan kədərli taleyi deyəlim…

Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…
Nə qəribə adamdı
dərdinə bax, ay Allah…

Astiaq-Kir-Harpaq üçlüsündən doğan xəyanətin 1993 cü il təkrarı genetik bir nisgildir nə yazıq ki bu günümüzə vurulan buxov kimi hələ də ömür sürür necə var…Sürməz olsun!

Hələ “susuzluqdan saralmış cır armudun yarpağı”bu şeirlə ilk tanışlığımda məni məndən alan misralar olub. Sonradan Ə.Elçibəyin ömrünə biçilən Kələki payı, saralmış cır armudun yarpaqlarında solan istiqlalımız nə yazıq ki, acı gerçəyimizə dönüşdu.

Və sonda adını xatırlamadığım bir yabançı yazarın aşağıdakı sözlərini heç cür ağlımdan çıxara bilmirəm Ə.Elçibəy haqqında bu yazımı tamamlarkən: “Bir çiçəyin ətri nə isə bir insanın şəxsiyyəti də odur.”

Ə.Elçibəy çayırlığın tən ortasında bitmiş bir çiçək ömrünü yaşadı və getdi. Fəqət çiçəyin ətri, rahiyəsi daha çox qalıcı oldu.
“ Dedim:- sənin oxşarın:

  • bir ləçəkdim nə vaxtsa
    solmayan bir çiçəkdə…”
    R.Behrudinin 1984-cü ildə Ə.Elçibəyə həsr etdiyi “Qəribə Adam” şeirindən.

Məhəmməd İsrafiloglu

Check Also

Samir Əsədlinin namizədliyi qeydə alınıb-FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin namizədliyi 75 saylı Yardımlı-Masallı seçki …