Şənbə , 27 İyul 2024
Drone Cameras

Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah deyir ki, Xankəndidə konsulluq açılsın, gah Donbasa dəstəkdən dəm vurur.

Hiss olunur ki, Rusiyada hansısa dairələrin təlimatını yerinə yetirir. Rusiya dövləti yaxşı bilir ki, Azərbaycan bu addımı atmayacaq. Çünki ərazi işğaldadır. Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi. Misal üçün Belqorod, Kursk, Bryansk kimi şəhərləri vurulur, Bakıda humanitar yardım edir – hə, bunu təsəvvür etmək olar. Hərçənd, Rusiyanın belə bir köməyə ehtiyacı da yoxdur. Amma Donbasa humanitar yardım Ukraynaya hörmətsizlikdir”.

S.Əsədli Rusiya rəhbərliyinin Azərbaycandan belə bir xahişi olduğunu düşünmür: “İnanmıram ki, Kreml başçısı bu təşəbbüslə çıxış etsin. Sadəcə, bizim reaksiyamızı yoxlayırlar. Sanki bu münaqişədə Rusiyaya borcumuz var. Azərbaycan Ukraynada müharibədən əziyyət çəkən insanlara humanitar yardım edir.

Bu savaş Donbasda yaşayanlara böyük zərər vurub, amma Rusiya həmin regionları ilhaq edib və biz o əraziləri Ukraynanın ərazi bütövlüyü çərçivəsində tanıyırıq. Əgər bu addımı atsaq, Xankəndi separatçılara illərlə edilmiş dəstəyə bəraət qazandırmış olarıq. Postsovet məkanında separatizmə kimlərin dəstək olduğunu yaxşı bilirik”.

Check Also

Samir Əsədlinin namizədliyi qeydə alınıb-FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini-Mərkəzi İcra Aparatı rəhbəri Samir Əsədlinin namizədliyi 75 saylı Yardımlı-Masallı seçki …