Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ekvadorda həbsxanada baş verən qarşıdurmada 6 məhbus ölüb

Ekvadorun Quayas əyalətindəki həbsxanada baş verən qarşıdurmada azı altı məhbus həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə məhbuslarla bağlı xidmət “X” sosial şəbəkəsində məlumat yayıb.

“Quayasdakı 1 saylı kişilər üçün təcridxanada insident baş verib, 6 nəfər həlak olub”, – məlumatda bildirilir.

Yaralıların sayı barədə məlumat verilmir.

Penitensiar müəssisənin rəhbərliyi hadisənin səbəbini araşdırır.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …